Bu universitetdə tələbələr şortiklə imtahana BURAXILMIRbackend

Bu universitetdə tələbələr şortiklə imtahana BURAXILMIR

Azərbaycan universitetlərində tələbələrin şortiklə imtahana buraxılmasına icazə verilmir.

KONKRET.az haqqın.az-ın teleqram kanalına istinadən xəbər verir ki, hadisə Azərbaycan Texniki Universitetində baş verib.

Belə ki, informasiya texnologiyaları və telekommunikasiya fakültəsinin 3-cü kurs tələbələrindən biri bildirib ki, bu gün havanın isti keçməsi ilə əlaqədar imtahana şortiklə gəlib.

“Bu gün imtahanım var idi. Amma 30 dəqiqəyə yaxın məni universitetin binasına buraxmadılar. Mühafizəçi bildirdi ki, universitetin prorektoru şifahi göstəriş verib ki, heç kəsi şortiklə buraxmasınlar. Ən maraqlısı odur ki, bu barədə bizə heç kim xəbərdarlıq edilməyib. Artıq şortiklə gələndə məni fakt qarşısında qoydular. İmtahana 3-5 dəqiqə qalmış mühafizə rəisi yanıma gəldi və məni içəri buraxdı, amma dedi ki, özünü prorektora göstərmə”, – deyə tələbə bildirib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*