Bu xəstəlikdən ilk dəfə ölüm halı qeydə alındı – Həkimlər çarəsizdirbackend

Bu xəstəlikdən ilk dəfə ölüm halı qeydə alındı – Həkimlər çarəsizdir

İki braziliyalı qadın dünyada “Oropuş” qızdırmasının ilk qurbanı oldu.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Hər iki qadının yaşı otuzdan azdır. Braziliyalılar müşayiət olunan xəstəliklərdən əziyyət çəkməyiblər. Həkimlər onlarda denqe qızdırmasının ağır formasına bənzər simptomları qeydə alıblar.

Qeyd olunur ki, dünya elmi ədəbiyyatında “Oropuş” qızdırmasından ölüm halları barədə məlumat yoxdur. Qeyd edək ki, “Oropuş” qızdırması tropik virus infeksiyasıdır.

Xəstəlik asanlıqla denqe qızdırması ilə qarışdırıla bilər. Onların simptomları oxşardır: əzələ gərginliyi, oynaqların sərtliyi, baş ağrısı və qusma.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*