Bu xəstəxananın direktoru işdən çıxarıldıbackend

Bu xəstəxananın direktoru işdən çıxarıldı

Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru Gülnarə Muxtarova öz ərizəsi ilə vəzifəsindən azad edilib.

KONKRET.az xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktor Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, G.Muxtarova Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən oktyabrın 21-dən tutduğu vəzifəsindən azad edilib.

Faktı TƏBİB “Report”a təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*