Bu xiyarlar bankada partlaya bilərbackend

Bu xiyarlar bankada partlaya bilər

Konservləşdirmə zamanı düzgün seçilməyən xiyar növləri bankaların partlamasına və məhsulun korlanmasına səbəb ola bilər.

KONKRET.az Milli.Az xəbər verir ki, mütəxəssislər xüsusilə salatlıq xiyar növlərinin və həddindən artıq yetişmiş tərəvəzlərin konserv üçün yararsız olduğunu bildirirlər. Bu növ xiyarların daxili quruluşu sulu və boş olduğu üçün emal zamanı mayalanma prosesi sürətlənir və yaranan təzyiq bankanın qapağının atmasına və ya şüşənin partlamasına gətirib çıxarır.

Salatlıq növlər adətən hamar və nazik qabıqlı olur ki bu da onların marinadda dərhal yumşalmasına və daxilində boşluqların yaranmasına səbəb olur. Həddindən artıq böyümüş və saralmış xiyarların daxilindəki toxumlar iriləşdiyi üçün belə məhsullar qısa müddətdə qıcqırır. Üzəri mumlanmış market xiyarları da təhlükəlidir çünki qabıqdakı mum təbəqəsi duzlu suyun daxilə nüfuz etməsinə mane olur və nəticədə qida daxildən çürüməyə başlayır. Həmçinin acı dadı olan xiyarlar da istilik emalı zamanı bu acılığı bütün bankaya yayır və dad keyfiyyətini tamamilə korlayır.

Bankaların partlamaması üçün üzəri tikanlı və ya kələ-kötür olan xüsusi turşuluq növlərə üstünlük verilməlidir. Bu tikanlar marinadın tərəvəzin daxilinə bərabər paylanmasını təmin edir. Xiyarların ölçüsünün 10-12 santimetrdən böyük olmaması və yığıldıqdan sonra ən geci 24 saat ərzində bağlanması tövsiyə olunur. Konservləşdirmədən əvvəl xiyarları 3-4 saat soyuq suda saxlamaq onların daxilindəki havanı çıxarır və bu da partlama riskini əhəmiyyətli dərəcədə azaldır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*