İnsanlar realist, romantik, fəal, tənbəl, əsəbi, fağır və s. xüsusiyyətlərinə görə fərqlənirlər. Bəzi psixoloqların fikrincə, bu, həm tərbiyə metodlarından, həm də bürclərdən asılıdır.
KONKRET.az olaraq ən tənbəl bürclərin təsnifatını aparmışıq. Siyahını isə daha işgüzardan ən tənbəl bürcə kimi turmuşuq:
12 Xərçəng
Çox tənbəldirlər, lakin daxili senzuraya görə, fəallıq edirlər. Belə deyək, divanda uzanmaq istədiyi halda kənardan kiminsə tənbəl qiymətləndirməsi olmasın deyə ev işləri görə bilərlər. Onların yanında ən ərincək bürclər də aktivləşir.
11 Oğlaq
Tənbəlliklə əlaqəsi yoxdur. Tam əldən düşməsə, dincəlmək yadına düşməz.
10 Qoç
Onların tənbəlliyini heç avaraçılıqlarında da görmək olmur. Dincələndə darıxırlar. İşi də sevdiyindən etmir, sadəcə, başqa variantı qalmır. Çünki bir yerdə dayanmır.
9 Oxatan
Tənbəllik edə bilirlər, amma bunda məna görmürlər. Hətta uzananda nəsə yazmalı, yaxud oxumalı, informasiya dolu rolik izləməlidirlər.
8 Əkizlər
Sevgi ilə böyüdüldüklərinə görə ərköyün ərincəklikləri ola bilər. Lakin hədəfləri böyük olduğundan tənbəllik etmirlər.
7 Əqrəb
Gərəksizlikdən qorxduqları üçün tənbəlliyi yaxın buraxmırlar.
6 Tərəzi
Tənbəlliklə işgüzarlığın tarazlığı onlara aiddir. Yəni bu iki özəllik tərəzilərdə bərabər səviyyədədir.
5 Dolça
Yeganə çatışmazlıqları tənbəllikdir. Ekspertlərin fikrincə, dolçalar tənbəl olmasa idi, qiyamət qoparardılar və “burda insanlığın bəxti gətirib”, – deyə zarafat edirlər.
4 Qız
İşgüzar ləqəblərinə görə 1 yox, 4-cü yerdə qərarlaşıblar. Yoxsa çox tənbəldirlər.
3 Şir
“Bu hökmdar işi deyil” psixologiyası ilə şirlər ən tənbəllərin üçlüyünü başladır.
2 Buğa
Ən tənbəllərin gümüş medalı buğalarındır. Onların fikrincə, quş uçmaq üçün yaradıldığı kimi insan da kef çəkməyə doğulub.
1 Balıqlar
Qızıl medal balıqlara düşür, amma ərindikləri üçün bunu da götürməyəcəklər. Gərgin iş imitasiyasını isə bacarırlar.
Qeyd edək ki, bürclərin tənbəlliyi illərə görə dəyişir.
Rəsmiyyə Şərifova,
KONKRET.az