Bütün ölkə bu qızı axtardı – amma o, görün, nə edirmiş?backend

Bütün ölkə bu qızı axtardı - amma o, görün, nə edirmiş?

Tarazda yüzdən çox polis əməkdaşı itkin düşmüş 11-ci sinif şagirdini axtarırıb, qız isə həmin vaxt kənddə qohumlarının evində sakitcə otururmuş.

Asılcan Doktırbay və anası vilayət mərkəzinə Rıskul rayonundan gəlmişdilər. Qadın bərbərin yanına gedib, qızı isə xalasıgilə göndərib. Asılcandan yarım saat sonra bacısına bir SMS gəlib: “Rəfiqəmin yanındayam”. Bundan sonra qız yoxa çıxıb – həmin gün qızın 17 yaşı tamam olurmuş.

KONKRET.az-ın Orta Asiya bürosu xəbər verir ki, Cambul vilayətinin polis başçısının müavini Nurcan Kalmetov deyib ki, “əvvəlcə rəfiqənin şəxsiyyətini müəyyən etdik, məlum oldu ki, rəfiqəsi avqust ayında Qırğızıstana köçüb”.

Rəfiqə, Qırğızıstan… Bəlkə insan alveri? Polis çox vaxt və səy sərf edərək bütün versiyaları nəzərdən keçirməyə başlayıb. Sonda isə qız Bayzak rayonunun Madimar kəndində qohumlarının evində tapılıb. Hər şey çox sadədir: Qız doğum gününü qeyd etmək üçün pul vermədiyi üçün anasından inciyib və valideyninə “dərs vermək” qərarına gəlib.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

“Bu cür hallar çox tez-tez olur, – deyə polkovnik Kalmetov izah edir. – Onlara çox böyük vəsait xərcləyirik, şəxsi heyət dərhal daha vacib məsələlərdən yayınır – qanunun aliliyinin qorunması və cinayətkarlığa qarşı mübarizə ikinci plana keçir. Ancaq başqa yolumuz yoxdur: valideynlərindən qaçan yeniyetmələri axtarmaq məcburiyyətindəyik”.

“İlin əvvəlindən işçilərimiz 56 azyaşlı uşağı axtarmalı olublar, – vəziyyəti bölgənin polis idarəsinin rəisi Kuanış Kalcanov şərh edir. – Demək olar ki, bütün hallarda uşaqlar macəra axtarışı, ya da “sadəcə gəzmək” istəyilə ailə üzvləri ilə mübahisədən sonra evdən çıxırlar. Hamısı tapılıb və valideynlərinə qaytarılıb, amma bunun üçün nə qədər güc və vəsait sərf etmişik! Mən burada ilk növbədə tərbiyənin çatışmazlıqlarını görürəm. Valideynlər təəssüf ki, övladlarına ən vacib olanı – evə, ailənizə və yaxınlarına sevgi öyrətmirlər. Asılcana gəlincə, ilk dəfə anasını xəbərdar etməklə məhdudlaşdıq. Yenidən baş verərsə, qızı qeydiyyata götürəcəyik. Əgər bir yeniyetmə evdən üçüncü dəfə qaçırsa, onda onu xüsusi məktəb gözləyir…”

Bir cavab yazın