Çayı KƏRƏ YAĞI ilə için, şəkərlə deyil – Keçmişdən qalan sağlam adət…backend

Çayı KƏRƏ YAĞI ilə için, şəkərlə deyil - Keçmişdən qalan sağlam adət...

Türkiyədə sağlam qidalanma məsləhətləri ilə məşhur olan Prof. Dr. Canan Karatay yenə verdiyi açıqlamasıyla diqqət çəkib.

Karatay “mənə “çayı şirniyyatsız necə içim?”, – deyə sual verirlər. Mən də kərə yağı ilə için deyirəm”. Kərə yağı İngiltərə kimi qərb ölkələrində çayın içinə krem olaraq əlavə edilib içilir”, – deyə qeyd edib.

Canan Karatay çay içərkən şirniyyat yerinə çayın içinə kərə yağı atıb içməyin daha faydalı olduğunu bu cür qeyd edib:

“Çay yediyimiz yeməklərdə dəmirin qana sovrulmasının qarşısını alır. Uzun illərdir, bu sözləri deyirəm: çaya kərə yağı töküb için. İngiltərə kimi bir çox qərb ölkələrində çay bu şəkildə içilir. Bizdə də şirniyyat fabrikləri qurulmazdan əvvəl kərə yağı şəkər kimi istifadə olunurdu.

Bunu hələ də tətbiq edənlər var. Bu, yeni bir şey deyil, köhnə adətdir. Təbii ki, mən bu haqda danışanda gənclər bunu yeni bir şey kimi gördüyü üçün qiyamət qopmuşdu. Hətta Tibetdə Everest dağına çıxan alpinistlərə yol göstərən tibetlilər enerjilərini kərə yağlı çaydan alırlar. Həm istidir, həm də kərə yağının verdiyi enerji uzun müddətlidir, sizi gənc və sakit saxlayar. Odur ki, bol-bol kərə yağı yeyə bilərsiniz”.

Firuzə ALİMOVA / TurpKimi.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*