Cənubi Qafqaz yeni münaqişə zonası olacaq – Qarabağ müharibəsi bölgədəki balansı dəyişdibackend

Cənubi Qafqaz yeni münaqişə zonası olacaq - Qarabağ müharibəsi bölgədəki balansı dəyişdi

Gürcüstanda seçkilərdən sonra başlayan siyasi böhranın Qafqaza da sirayət edəcəyi ilə bağlı narahatlıqlar var. ABŞ-Böyük Britaniya ittifaqı ilə Rusiya arasında gizli hakimiyyət mübarizəsinə səhnə olan ölkədə qeyri-müəyyənlik davam etsə də, ekspertlər böhranın Qara dənizdə hökmranlıq uğrunda gedən müharibədən qaynaqlandığını bildirirlər. Digər tərəfdən, ABŞ və Rusiyanın Gürcüstanla bağlı planları maraqla qarşılanarkən, bütün diqqətlər daxili qarışıqlığın münaqişəyə çevrilib-çevrilməyəcəyinə yönəlib.

Gürcüstanda keçirilən parlament seçkilərindən sonra ölkə beynəlxalq güc mübarizlərinə meydan olur. Hakim “Gürcü Arzusu” partiyası seçkidə qalib gəldi. Gürcüstan prezidenti Salome Zurabişvili isə bunu Rusiyanın qələbəsi kimi elan etdi:

“Rusiyanın xüsusi əməliyyatı kimi qələmə verilə biləcək bir hadisənin qurbanı olduq. Xalqımıza və ölkəmizə qarşı yeni tipli hibrid müharibə tətbiq olundu”.

Zurabişvili həmçinin müxalifət partiyalarını və seçkinin nəticələrini tanımayan ictimaiyyəti paytaxt Tbilisidə parlament binası qarşısına toplaşmağa dəvət edib. Hadisələrin ardınca “Gürcüstan ikinci Ukrayna olacaqmı?” sualı yaranır.

Siyasi analtiklər bildirir ki, Qafqaz ABŞ və İngiltərənin əli ilə yeni münaqişə bölgəsinə çevrilə bilər.

Gürcüstanda baş verən proseslər Ukraynada aparılan siyasətlə paraleldir. Gürcüstan SSRİ-nin dağılmasından sonra ABŞ-Britaniya koalisiyasının diqqət mərkəzinə düşdüyü ilk ölkə oldu. 2008-ci ildə Cənubi Osetiya və Abxaziya hadisələri də bu prizmadan dəyərləndirilməlidir. Qərb bloku Qara dənizdə hökmranlıq etmək istəyir. İndiki məqamda etirazların və reaksiyaların seçkinin nəticələrini dəyişməyəcək. Ukrayna müharibəsinin necə başa çatacağı ümumi vəziyyətin gələcəkdə necə inkişaf edəcəyini müəyyənləşdirəcək.

İkinci Qarabağ və Ukrayna müharibəsindən sonra Cənubi Qafqazda balans tamamilə dəyişdi. Ermənistan Rusiyadan uzaqlaşmağa və sürətlə Qərbə üz tutmağa başladı. Gürcüstanda isə hakim partiya ilə Rusiya ilə münasibətləri bərpa etdi. Ermənistan Rusiyadan uzaqlaşdıqdan sonra Gürcüstan Moskva üçün əhəmiyyət kəsb etdi. Gürcüstanın Ermənistandan sonra Qərb xəttinə keçməsi Rusiyanın Cənubi Qafqazda təsirinin sona çatması və Qərbin Cənubi Qafqazda hegemon gücə çevrilməsi deməkdir. Qafqazda vəziyyət Rusiya-Ukrayna müharibəsinin necə bitəcəyindən asılıdır. Türkiyə Gürcüstanın daxili işlərinə qarışmamalıdır.

Gürcüstanda uzun müddətdir ki, Böyük Britaniya dövləti nəzərə alınmaqla həyata keçirilən bir layihə var. Uzun müddətdir ki, Gürcüstandakı hərəkatları izləyirik. Ruslar buranın Ukraynadakı kimi qərbyönlü olmasını istəmirlər. Çünki Gürcüstan əvvəldən NATO-ya üzv olmaq istədiyi kimi, Avropa Birliyinə daxil olmaq istəyir. NATO Ukraynada əməliyyat başlayanda “ikinci cəbhəni açacağıq” dedi. Bu yeni cəbhə Qafqazdır. bölgədə qiyamın məşqi keçirilir. Beləliklə, Qafqaz yeni münaqişə zonası olacaq. Gürcüstanda hadisələrin böyüməsi risklidir, Qafqazda çaşqınlıq və hakimiyyət toqquşmalarının qazanı qaynayır. (Haber Global)

Məlik,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*