Ceyhun Bayramov tarif güzəştinə görə təşəkkür etdibackend

Ceyhun Bayramov tarif güzəştinə görə təşəkkür etdi

Xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstan XİN rəhbəri Maka Botçorişvili arasında telefon danışığı baş tutub.

KONKRET.az xəbər verir ki, nazirlər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və perspektivlərini müzakirə ediblər.

Tərəflər bölgədə ticarət və kommunikasiya məsələləri barədə müzakirə apararaq, bölgədə bu istiqamətdə səyləri alqışlayıblar. Azərbaycan neft məhsullarının Gürcüstan üzərindən Ermənistana ixracı ilə bağlı tarif məsələsində əldə olunmuş razılığı məmnuniyyətlə qeyd edən nazirlər, bu istiqamətdə işlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Ceyhun Bayramov Gürcüstan rəhbərliyinin operativ qaydada məsələni həll etdiyinə görə qarşı tərəfə təşəkkürünü bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*