Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, iyulun 6-da mülayim şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti olacaq.
