Çin dünyaya “ƏZƏLƏ” NÜMAYİŞ ETDİRƏCƏK: Yeni silahlar kimlərə hədəflənib?backend

Çin dünyaya "ƏZƏLƏ" NÜMAYİŞ ETDİRƏCƏK: Yeni silahlar kimlərə hədəflənib?

Çin 3 sentyabrda keçiriləcək hərbi paradda üç yeni yüksək güclü mikrodalğa silah sistemini nümayiş etdirəcək.

KONKRET.az xəbər verir ki, bu qurğular yük maşınlarına yerləşdirilib və dronların elektronikasını sıradan çıxarmaq üçün mikrodalğa impulsları göndərir.

Sistemlər yüzlərlə metr məsafədə dron sürülərini məhv edə bilir.

Lakin açıq mənbələrdə yayılan məlumatlara görə, təqdim olunacaq bu komplekslər arasında Stirling mühərriki ilə işləyən və 5 kilometr məsafədən dron sürülərinə qarşı təsir göstərə bilən model yoxdur. Əsasən, onlar dizel generatorları və enerji toplayıcı qurğular vasitəsilə işləyir.

Mütəxəssislər hesab edirlər ki, Stirling mühərriki ilə bağlı iddialar daha çox şayiə xarakteri daşıyır və hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*