Tibetdə baş verən zəlzələ ilə əlaqədar Himalay dağında yerləşən Landşaft parkına giriş müvəqqəti olaraq ziyarətçilər üçün məhdudlaşdırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Tibet Muxtar Vilayətinin Tinqri dairəsinin Mədəniyyət və Turizm Departamenti məlumat yayıb. Məlumatda deyilir: “7 yanvar 2025-ci il tarixində səhər saat 9:05-də Şiqatse şəhərində Tinqri qraflığında (Everest Şimali Baza Düşərgəsinin yerləşdiyi yer) baş vermiş 6,8 bal gücündə zəlzələ ilə əlaqədar, turistlərin və işçilərin həyatını qorumaq üçün Everest Landşaft Parkı 7 yanvar 2025-ci il saat 10:00-dan etibarən bağlanır”.
Vəli Həsənoğlu,
KONKRET.az