Çində keçmiş məmur edam edildibackend

Çində keçmiş məmur edam edildi

Çin Kommunist Partiyasının Hoh-Hoto şəhərinin iqtisadi və texnoloji inkişaf zonası üzrə işçi komitəsinin keçmiş katibi Li Szyanpin korrupsiya cinayətlərinə görə edam edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Çin Mərkəzi televiziyası məlumat yayıb.

İstintaq materiallarına görə, Li Szyanpin müxtəlif vəzifələrdə işlədiyi müddətdə 1,43 milyard yuandan çox (199 milyon dollardan çox) dövlət vəsaitini mənimsəyib. Bundan əlavə, o, başqalarından 577 milyon yuan (80 milyon dollardan çox) məbləğində rüşvət alıb və 1,05 milyard yuandan (146 milyon dollardan çox) çox dövlət vəsaitindən sui-istifadə edib./axaraz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*