Çində məsciddən əsər-əlamət qalmadıbackend

Çində məsciddən əsər-əlamət qalmadı

Milyonlarla müsəlmanın yaşadığı Çində məscidlərin günbəzləri və minarələri “çinliləşdirilir”.

KONKRET.az xəbər verir ki, Çinin ən böyük və əzəmətli məscidlərindən biri hesab edilən Şadiyan Ulu Məscidinin günbəzi bərpadan sonra götürülüb, Han Çin üslublu paqoda damı dəyişdirilib, minarələr qısaldılaraq paqodaya çevrilib. Ekspertlərin fikrincə, bu dəyişiklik Pekin hökumətinin ölkədəki məscidləri yox etmək kampaniyasının bir hissəsidir.

Yunnan əyalətində yerləşən Şadiyan Böyük Məscidi Mədinədə Məscid ən-Nəbəvidəki məscidə bənzər tikilib və 2009-cu ildə tamamlanıb. Lakin bölgədə yaşayan Çin müsəlmanlarının tarixi çox qədimlərə gedib çıxır.

Eyni əyalətdəki digər əlamətdar məscid olan və Şadiyandan 160 kilometrdən az məsafədə yerləşən Naciayinq məscidinin xüsusiyyətləri də bu yaxınlarda aparılan təmir zamanı aradan qaldırılıb.

Kornell Universitetinin antropoloqu Ruslan Yusupov “The Guardian”a bildirib ki, ərəb tipli məscidlər indi yalnız kiçik kəndlərdə qalıb və onların yaxın gələcəkdə çinliləşdirilməsi gözlənilir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*