Çinli iş qadınının qatili İŞİD-li çıxdıbackend

Çinli iş qadınının qatili İŞİD-li çıxdı

2 ay əvvəl İstanbulda törətdiyi avtomobil qəzasından itkin düşən çinli iş adamı Lişa Yunun meyiti tapılıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ilə bağlı şübhəli şəxs qismində saxlanılan şəxslər ifadə verib. Onlar bildirib ki, Lişa Yunun cəsədi Biləcikin Söyüd mahalında Qızılsaray kəndində fermada torpağa basdırılıb.

Hadisə ilə bağlı aparılan araşdırmalar nəticəsində Lişa Yunın qaçırılmasını Yunuscan T. adlı bir nəfərin planlaşdırdığı məlum olub. Yunuscan T.-nın İŞİD üzvü olduğu bildirilir.

İlkin məlumatlara görə Yunuscan T. və qrupu yola çıxan Lişa Yunu izləyib. Bir müddət sonra maşınları ilə arxadan çinli qadının avtomobilini vuraraq dayandırıblar. Qəza olduğunu düşünən qadın avtomobildən enib. Onlar qadının əl qolunu bağlayaraq baqaja yerləşdiriblər.

Şübhəlilərin sözlərinə görə Lişa Yu baqajda hava çatışmazlığından dünyasını dəyişib.

Təhlükəsizlik qüvvələri hadisənin təfərrüatlarını araşdırmaqda davam edir.

Bu günə qədər saxlanılan 8 nəfərdən 6-sı həbsxanaya göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*