Çoxdankı “dostlar”ın müəmmalı işbirliyi: Münaqişəni həll etmək, yoxsa Ukraynanı bölmək?backend

Çoxdankı "dostlar"ın müəmmalı işbirliyi: Münaqişəni həll etmək, yoxsa Ukraynanı bölmək?

Dünyanın diqqəti yenə Ukraynadadır. Donald Tramp administrasiyasının siyasi kursu Kiyevi tərksilah etməkdir və bu yöndə iş aparılır. Rusiya ilə danışıqları davam etdirən ABŞ, masaya Ukraynanı buraxmır və dialoq münaqişə tərəfindən birinin iştirakı olmadan aparılır. Üstəlik, Donald Tramp Putinlə bağlı xoş sözlər söyləyir və bildirir ki, Rusiya liderini çoxdan tanıyır və sövdələşmədən sonra onun sözünü pozacağını düşünmür. Çoxdankı “dostların” işbirliyinin arxasında qaranlıq məqamlar var. Məqsəd münaqişəni həll etməkdir, yosa Ukraynanı bölmək?

Siyasi şərhçi İlqar Vəlizadə KONKRET.az-a açıqlamasında bildirib ki, tərəflər Ukrayna düyününü həll eləməyə cəhd göstərirlər:

Lavrov planı"nda çoxsaylı qəbuledilməz məqamlar var - SİYASİ ŞƏRHÇİ

”Ukrayna düyünü həm də Avropanın gələcəyini müəyyən edəcək. Deməli, postmünaqişə dövründə yaranan siyasi vəziyyət Rusiya-ABŞ arasında aparılan danışıqlardan və onların nəticələrindən asılıdır. Proseslər mürəkkəb şəkildə davam edir. Danışıqların yükü Rusiya-ABŞ münasibətlərinin üzərinə düşür. Onlar ortaq məxrəcə gəlsə, prosesə Avropa İttifaqı da cəlb olunacaq. Görünən odur ki, ABŞ-ın köməyi olmadan Ukrayna bu müharibəni effektli şəkildə davam etdirə bilməz. Aİ Ukraynaya kifayət qədər təsirli yardım göstərmək gücündə deyil. Çünki Aİ-nin hərbi potensialı buna imkan vermir. Bunu Avropa liderlərinin özləri də etiraf edirlər. Ona görə də, ABŞ-dan Ukrayna üçün təhlükəsizlik zəmanəti istəyirlər. Rusiya müharibəni Ukraynanın ərazisində aparır. Müəyyən əraziləri işğal edib. Ona görə də, ABŞ-Rusiya danışıqlarından çox şey asılıdır. Aİ və Ukrayna məcbur olub ABŞ-Rusiya danışıqlarının yekunlarını qəbul edəcək. Belə bir vəziyyətdə hər iki tərəf öz mənfəətini güdür. Hər iki supergücün məqsədi müharibənin nəticələrini öz xeyrinə həll etməkdir”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*