Daha bir sabiq bələdiyyə başçısı HƏBS EDİLDİ – FOTObackend

Daha bir sabiq bələdiyyə başçısı HƏBS EDİLDİ - FOTO

Türkiyənin İzmir şəhərinin sabiq bələdiyyə başçısı Tunc Soyer həbs edilib.

KONKRET.az xəbər verir ki, Türkiyənin TRT Haber telekanalının məlumatına görə, İzmir Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Tunc Soyer korrupsiya ilə bağlı istintaq çərçivəsində saxlanılıb və barəsində həbs qərarı verilib.

O, müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvüdür. Məlumata görə, onun həbsi bələdiyyənin fəaliyyətindəki korrupsiya və vəsaitlərin mənimsənilməsi ilə bağlı araşdırmalar zamanı baş verib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*