Daha bir türk dövləti müharibəyə GİRİR: Prezident tapşırıq verdibackend

Daha bir türk dövləti müharibəyə GİRİR: Prezident tapşırıq verdi

Qazaxıstan Prezidenti Kasım Jomert Tokayev Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar ölkədəki mühüm hərbi və mülki obyektlərin təhlükəsizliyini təmin etmək üçün aidiyyəti qurumlara təcili tədbirlər görməyi tapşırıb.

KONKRET.az xəbər verir ki, Qazaxıstan Prezidentinin mətbuat katibi Berik Uali “Facebook” səhifəsində verdiyi açıqlamada prezident Tokayevin baş nazirə, Prezident Administrasiyasının rəhbərinə, bütün hüquq-mühafizə orqanlarının əməkdaşlarına və əyalət qubernatorlarına mühüm hərbi qüvvələrin təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlər görməyi tapşırdığını bildirib.

Uali parlamentdəki palata rəhbərlərinin də həyata keçirilən tədbirlərlə bağlı məlumatlandırıldığını və ölkədəki vəziyyətin ölkə başçısının şəxsi nəzarətində olduğunu qeyd edərək, “Dövlətimizin əsas strateji məqsədi sabitliyi, əmin-amanlığını qorumaqdır. Qazaxıstan dəfələrlə iki slavyan xalqı arasında hərbi əməliyyatın danışıqlar yolu ilə dayandırılmasını müdafiə edib”ifadələrini işlədib./ajansaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*