Dani Alveşə 4,5 il həbs cəzası verildibackend

Dani Alveşə 4,5 il həbs cəzası verildi

“Barselona”nın və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş məhkəmə qarşısına çıxarılıb.

KONKRET.az xəbər verir ki, zorlamada günahlandırılan keçmiş oyunçuya 4 il 6 ay həbs cəzası verilib.

Bundan əlavə hökmdə qeyd edilib ki, Alveş dəymiş ziyana görə zərərçəkmiş qadına 150 min avro ödəməlidir.

Qeyd edək ki, Dani Alveş ötən il yanvarın 20-də cinsi zorakılıq ittihamı ilə həbs edilib.

Xatırladaq ki, Dani Alveş karyerası ərzində “Sevilya”, “Barselona”, “Yuventus”, PSJ kimi klublarda çıxış edib. O, tarixin iki ən titullu futbolçusundan biridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*