“Dayanmadan Brilliant məni, mən də onu söyməliyəm”backend

"Dayanmadan Brilliant məni, mən də onu söyməliyəm"

“İnsanlar var ki, onların ulduzları heç cürə barışmır. Dəfələrcə demişəm, həm sənətdə, həm bir qadın, ana, həyat yoldaşı, həm də kiminsə rəfiqəsi və dostu kimi bütün yolları hamar, gözəl, uğur olsun. Gümüş dalınca gedib, qızıl tapsın. Bunu səmimi qəlbdən, sidq ürəkdən arzulayıram. Çünki, mənim Brilliant Dadaşova ilə bağlı həyatımda bir dirəniş nöqtəm yoxdur. Çox dibinə kimi getsək, bizim bir düşmənimiz (erməniləri nəzərdə tutur) var. Ona da qalib gəldik, başına yumruq vurduq”. 

KONKRET.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Xalq artisti Faiq Ağayev qonaq olduğu “Xəbərin var?!” maqazin verilişində deyib.

Sənətçi uzun illərdir onunla düşmən mövqeyində olan həmkarı Xalq artisti Brilliant Dadaşova ilə gərqin münasibətlərindən söz açıb.

Ağayev Dadaşova ilə nə zamansa barışıb-barışmayacağına belə cavab verib:

“Brilliant heç zaman düşmənim ola bilməz. Çünki o mənim öz millətimdən, canımdandır… Ulduzlarımız barışmır, amma bu faciə deyil. Bu o demək deyil ki, dayanmadan Brilliant məni, mən də onu söyməliyəm. Bu çox ayıb olar. İlk əvvəl bu sənətə vurulan zərbədir. Çünki biz bir-birimizlə belə münasibətdə olanda kənardan “Bu sənətdə olanlar hamısı zaydır” deyirlər və ümumilləşdirib sənəti vururlar. Bu sənətdə peşəkarları qorumaq kimi vəzifəm var mənim. Mən heç zaman bu sənətin yaxşısını vurmaram. Heç pisini də vurmaram, sadəcə ondan danışmaram.

Amma yaxşı sənətçini vurmaq olmaz. Brilliantın oğlunun toyu olsa gedib orada çıxış edərəm. “Cavad” adlı bir mahnım var. Onu dəyişib “Cahad” edib, oxuyaram. Bir hərif dəyişikliyi sanki şəxsən, özəl olaraq onun üçün ifa edirsən. Bizim gözəl yazıçımız Vahid Əziz şeir yazdı, qonaqlıq versin. 1998-ci ildə, indiyə kimi o “Şərq” qəzeti məndə qalıb. O şeir yazdı və dedi ki, Brilliantla Faiqi barışdıracağam. Amma alınmadı.

O məsuliyyəti üzərinə götürəcək insanlar çox azdır. Deyirlər ki, “Əşşi nəyimə lazımdır, cəhənnəmə ki, qoy qırsınlar bir-birini”. Əvvəllər də belə idi. Sadəcə bu məsələlər sosiallaşmırdı. Deyirdilər ki, qoy dalaşsınlar, başları bir-birinə qarışsın mən gedib qabağa. Bax bu cür də insanlar var”.

Qeyd edək ki, B.Dadaşova verilişlərin birində F.Ağayevin adını eşidən zaman “Sən ölmüş valideynlərini təhqir edən, söyüşlər söyən insanı bağışlayarsanmı? Əlini ürəyinə qoy de, bağışlayarsanmı? Onda mənə bu sualları vermə. O, çıxdığı proqramlara heç vaxt çıxmıram. Hətta məndən bir ay əvvəl çıxsa belə, o verilişə getmərəm” sözlərini dilə gətirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*