Dəmir Yolunda qiymətlər aşağı salındı – Özbəkistandabackend

Dəmir Yolunda qiymətlər aşağı salındı – Özbəkistanda

“Özbəkistan Dəmir Yolları” qatar biletlərinin qiymətini aşağı salıb. KONKRET.az-ın Orta Asiya ölkələri üzrə xüsusi müxbiri İldırım Musayev xəbər verir ki, Özbəkistanda 1 oktyabr 2019-cu ildən etibarən ƏDV dərəcəsi müvafiq olaraq 20 faizdən 15 faizə endirildiyi üçün bilet qiymətinin miqdarı azaldılıb.

İldırım Musayev

Qiymətlərin ucuzlaşması həm yerli, həm də beynəlxalq dəmir yoluna aiddir. Qeyd edək ki, Özbəkistan Dəmir Yolları 31-45 gün əvvəl kupe və ya SV-yə bilet alışında 45 faiz, bronlarda isə 35 faiz endirim verir.

 

Bir cavab yazın