Deputatın oğlu qətldə şübhəli bilinərək saxlanıldı – FOTObackend

Deputatın oğlu qətldə şübhəli bilinərək saxlanıldı - FOTO

Rusiyanın Dövlət Dumasının deputatı Boris İvanyujenkovun oğlu Artem adam öldürməkdə şübhəli bilinir.

KONKRET.az xəbər verir ki, bu barədə REN TV-nin mənbəsi məlumat verib.

“Bu gün Podolskda deputat oğlunun şübhəli bilindiyi qətl hadisəsi törədilib”, – mənbə bildirib.

Əldə edilən məlumata görə, o, artıq saxlanılıb.

Hazırda dindirilir. Cinayətin motivi hələlik bəlli deyil. Qurbanın 23 yaşında olduğu bildirilir.

Qeyd edək ki, bu gənc qalmaqalın mərkəzində ilk dəfə deyil.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*