Derbi öncəsi “Qalatasaray”da ciddi itkibackend

Derbi öncəsi “Qalatasaray”da ciddi itki

Apendisitin partlaması səbəbindən təcili əməliyyat olunan “Qalatasaray” klubunun baş məşqçisi Okan Burukun səhhəti ilə bağlı yeni xəbər var. 51 yaşlı baş məşqçinin “Beşiktaş”la oynanacaq matçda komandasının başında ola bilməyəcəyi bildirilib.

KONKRET.az xəbər verir ki, komandanı baş tutacaq derbiyə köməkçi məşqçilərdən İrfan Saraloğlu hazırlayacaq. Okan Burukun yoxluğu “Qalatasaray” tərəfindən ciddi itki hesab olunur.

Qeyd edək ki, 9 turdan sonra “Qalatasaray” Türkiyə liqasının şəriksiz lideridir. İstanbul nəhənginin aktivində 25 xal var. Komandanın derbidəki rəqibi “Beşiktaş” isə 20 xalla ikincidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*