Son aylarda dünya bazarlarında neft qiymətlərində ciddi ucuzlaşma müşahidə olunur. İki ay əvvəl 74 dollar olan Brent markalı neftin qiyməti hazırda 66 dollara qədər geriləyib.
Bu tendensiya xüsusilə neft gəlirlərindən asılı olan ölkələr üçün ciddi iqtisadi təhdidlər yaradır. ABŞ-də Donald Trampın ikinci dəfə prezident seçilməsindən sonra enerji hasilatını artırmağa yönəlmiş siyasət, qlobal təklifin artmasına və nəticə etibarilə neft qiymətlərinin daha da enməsinə səbəb olub. Bu vəziyyət beynəlxalq bazarlarda narahatlıq doğurur və bəzi ölkələrdə valyuta təzyiqlərini gücləndirib.
Bəs bu gedişat Azərbaycanın iqtisadi sabitliyinə necə təsir edəcək? Neft Fondu və dövlət büdcəsi üçün qısamüddətli risklər varmı? Manatın məzənnəsi bu fon qarşısında təhlükə altındadırmı?
KONKRET.az xəbər verir ki, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov “TV Müsavat”ın qonağı olub, bu və digər suallara cavab verib.
KONKRET.az həmin videomaterialı təqdim edir: