Xarici ölkələrin xüsusi xidmət orqanları ilə də əməkdaşlıqları istisna olunmayan, bloger adı altında təxribatçı fəaliyyətlə məşğul olan, ölkəmizdə hakimiyyəti zorla dəyişdirmək, cəmiyyətdə qarşıdurmalar yaratmaq, süni gərginlik ab-havası formalaşdırmaq məqsədilə müxtəlif çağırışları, dövlətimizin rəhbər şəxslərinin ünvanına təhqiramiz çıxışları ilə tanınan Youtube şivənçiləri II Qarabağ müharibəsinin davam etdiyi günlərdə xalqın qələbə ruhuna xələl yetirmək, cəmiyyətdə bu vaxta qədər görünməmiş birlik nümunəsini pozmaq, Azərbaycan Ordusunun əməliyyatarı barədə həqiqətə uyğun olmayan məlumatlar tirajlamaq, eləcə də dövlətin hədəflərini təhrif edərək vətəndaşlarda hakimiyyətə qarşı inamsızlıq mühiti yaratmaq istiqamətində sistemli və mütəşəkkil şəkildə fəaliyyət göstərdilər ki, bütün bunlar da həmin adamların dövlətə və xalqa qarşı açıq düşmənçilik mövqeyində dayandıqlarını bir daha sübuta yetirmiş oldu.
Məsələn, “Diktator TV” adlı təxribatçı Youtube kanalının yaradıcısı və aparıcı Manaf Cəlilazadə adlı xəyanətkar ünsür bütün fəaliyyətini erməni tərəfinin maraqlarına cavab verən tezislər üzərində qurmaqla əslində kimlərə, hansı dairələrə xidmət etdiyini açıq şəkildə nümayiş etdirməkdən çəkinmədi. Ümumiyyətlə, bu adamın bütün çıxışları birmənalı şəkidlə dövlətimizin və xalqımızın maraqlarına qarşı yönəlir. Vətəndaşları açıq şəkildə itaətsizliyə, dövlət çevrilişinə, qanunsuz küçə aksiyalarına, dövlətin Konstitusiya quruluşunu dəyişdirməyə çağıran, çıxışlarında dövlət məmurlarının ünvanın ağır təhqiredici ifadələr işlədən, vətən müharibəsində əldə etdiyimiz qələbəyə kölgə salmağa çalışan, döyüşlərin ilk günlərindən daha çox düşmənin maraqlarına xidmət edən çağırışlarla vətəndaşlara və xüsusən də könüllü şəkildə cəbhə yollananlara xitab edərək, vətən torpaqlarının azadlığı uğrunda döyüşlərin guya mənasız olduğuna dair fikir formalaşdırmaq yönündə xüsusi fəallıq göstərən Manaf Cəlilzadə özünü informasiyalı şəxs kimi göstərməklə, hətta xarici xüsusi xidmət orqanlarında ona məlumatlat ötürən şəxslərin olduğunu açıq şəkildə elan etməklə, cəmiyyətdə onun gerçək kimliyi barədə bir sıra suallar yaratmış olur… Diqqət edin, bu Youtube desantı dediklərinə insanları inandırmaq üçün çıxışlarında elan edir ki, Rusiyanın xüsusi xidmət orqanlarında etibarlı mənbələri var və hətta yüksək vəzifəli şəxslər ona məlumat ötürür. Elə təkcə bu məqamın özü ciddi araşdırma predmeti ola bilər.
Manaf Cəlilzadə hələ də Youtube pəncərəsindən dölətimizə barmaq silkələyir, dövlət siyasətinin ayrı-ayrı konturları ətrafında təhrif olunmuş fikirlər dilə gətirir və bu yöndə fəaliyyətini getdikcə daha da genişləndirdiyi halda, onun adına barələrində cinayət işi açılmış şəxslərin sırasında rast gəlmirik. Dorudan da maraqlıdır, Manafı Orduxandan, Turaldan, Rafaeldən və s. fərqləndirən nədir? O, hətta bir çox hallarda daha təhlükəli çağırışlara müəlliflik edir, vəzifəli şəxslərə qarşı daha ağır təhqirlərə yol verir. Görünür məsuliyyətdən kənarda qalmasının nəticəsidir ki, M.Cəlilzadə xəyanətkar fəaliyyətini daha da genişləndirir, canlı yayınlarının sayını artırır, insanları hüquq-mühafizə orqanlarının əməkdaşları ilə açıq qarşıdurmalara çağırır. Özünü o qədər rahat və arxayın hiss edir ki, hər yeni çıxışında daha təhlükəli fikirlər dilə gətirir və daha ağır cinayət əməli kimi qiymətləndirilə biləcək çağırışlar yayır. Belədə vətəndaşlar – sosial şəbəkə istifadəçiləri narahatlıq ifadəsi olan bir sıra suallara cavab axtarmalı olurlar: