Masallıda qətl hadisəsi baş verib.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, Masallı rayonunun Musaküçə kənd sakini, 1998-ci il təvəllüdlü Elməddin Kərim oğlu Kərimova bıçaqla kəsilmiş-deşilmiş xəsarətlərlər yetirilib. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Buna baxmayaraq, E.Kərimov aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
***
Daxili İşlər Nazirliyi Masallı rayonunun Musaküçə kənd sakini, 1998-ci il təvəllüdlü Elməddin Kərimovun kəsilmiş-deşilmiş xəsarətlərlərdən ölməsi ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan KONKRET.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
***
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Masallı rayon sakini, 2000-ci il təvəllüdlü Höccət Soltanov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.