backend

Dininə və dilinə hörmət etməyən məmurlardan təmizlənməyin vaxtıdır

İçimizdəki və cəmiyyətdəki “Xərçəng hüceyrələri”

Kainatda və bəşəriyyətdə Uca Yaradan tərəfindən xəlq edilmiş bütün canlı aləm və cansız cismlər bir qanunauyğunluq üzərindən müəyyən olunmuş nizam üzrə hərəkətdədir. Makro dünyadan mikro dünyaya qədər qalaktikalar, planetlər, atomlar, nüvə və ionlar vahid bir sistem şəklində dövr etməkdədir.

İblisin Yaradana qarşı təkəbbürlük edərək etiraz edib itaətdən çıxması, daha sonra Həvva və Adəmi itaətdən çıxardaraq onlardan yaranan nəsillərin böyük əksəriyyətini yalan vədlər ilə özünə ram edərək yoldan azdırması böyük itaətsizliyin başlanğıcı oldu. Min illər boyu cəmiyyətlərdəki kütlələrin narazılıqları iğtişaşlar, üsyanlar və etiraz dalğaları ilə birilərinin (tabe olanların) digərlərinə (idarə edənlərə) itaətsizliyi ilə nəticələnən inqlablar, çevrilişlər və rejim dəyişikliyi ilə yadda qalıb.

Tibbdən də məlum olduğu kimi insan bədənində bütün hüceyrələr mərkəzi sinir sisteminə tabe olaraq vahid mərkəzdən idarə olunaraq orqanizmi öz funksionallığı üzrə yaşadır. Bəzən isə müxtəlif səbəblərdən mərkəzi sinir sisteminə tabe olmayan hüceyrələr orqanizimdə özü kimi mərkəzə tabe olmayan hüceyrələri ətrafına toplayaraq özünə tabe edir və mərkəz ilə əlaqəni kəsir. Bu kimi hüceyrələr əsasən mərkəzə tabe olmayan “asi” hüceyrələrin çox olduğu orqan ətrafında toplaşmağa başlayırlar. Buna adətən “Xərçəng” xəstəliyi də deyilir. İlk instansiyada bu hüceyrələrə qarşı profilaktik müalicələr, daha sonra “Kimyaterapiya” və “Şüa” proseduru həyata keçirilir ki, həmin xərçəng hüceyrələri digər orqanlara da yayılıb onları ələ keçirdərək sıradan çıxartmasın. Bu son prosedur zamanı isə xərçəng hüceyrələri ilə yanaşı orqanizimdəki sağlam hüceyrələr də ölür. Necə deyərlər “Qurunun oduna yaş da yanır”. Bu isə artıq xəstənin xarici görünüşdə bir sıra xoşagəlməz hallar, dərinin rənginin nisbətən dəyişməsi, kiprik, qaş və saçın tökülməsi ilə müşahidə olunur. Müalicə üsulları fayda vermədikdə cərrah müdaxiləsi qaçılmaz olur ki, bu zaman həmin sıradan çıxmış orqan, bəzən isə onun ətrafındakı digər orqanlar da əməliyyat olunaraq çıxardılır. Bu mübarizə üsulları bir fayda vermədikdə həmin xərçəng hüceyrələri ilk olaraq toplaşdıqları orqanı, daha sonra isə bütün orqanizmi məhv edir və təbii ki, özləri də nəticə etibarı ilə məhv olur.

İnsan orqanizmində baş verən bu hallar eynən dünyamızda və cəmiyyətlərdəki bəzi hallara çox bənzəyir. Yaşadığımız cəmiyyətin bir sıra sahələrində, məişətdaxili, iş mühitində, ictimai-siyasi mühitdə sosial təbəqəsindən asılı olmayaraq narazı fərdlər olan “xərçəng hüceyrələri” özü kimi narazı və asiliyə meyilli “xərçəng hüceyrələri” öz ətraflarına toplayaraq rəhbərə itaətsizlik və asilik göstərməyə başlayırlar. Bu təbəqədən olan “xərçəng hüceyrələri”nin bir növ xislətlərində narazılıq və itaətsizlik olur ki, bir qədər dərin nəzər salsaq bunları onların genefonunda, şəxsi həyatlarında da müşahidə etmək mümkündür.

Bu səbəbdən də içimizdəki “Xərçəng” xəstəliyi ilə mübarizəyə tətbiq olunan müalicə üsulu və posedurunu cəmiyyətimizdəki “Xərçəng hüceyrələri”nə də tətbiq etmək lazımdır. Əks halda fitrətində narazılıq, asilik, itaətsizlik və qisasçılıq olan bu fərdlər-“xərçəng hüceyrələri” bir gün sizin də rəhbərlik etdiyiniz kollektivdə, komandada, yaşadığınız mühitdə özlərini göstərəcək. Təcrübəmə söykənərək deyə bilərəm ki, istər özəl sektorda, istərsə də dövlət qurumlarında işə qəbul edilən və məsul vəzifələrdə görəv alan şəxsləri müəyyən psixoloji testdən keçirmək lazımdır. Bu ona görə lazımdır ki, hakimiyyətdə olduğu müddətdə vəzifə səlahiyyətlərindən istifadə edərək əli korrupsiyaya qurşanmış məmurları tutduqları vəzifədən uzaqlaşdırdıqdan sonra əks tərəfə keçərək hakimiyyəti ittiham edən “xərçəng hüceyrələri”ndən maksimum qoruna bilək.

Bir qədər fikir versək görərik ki, vaxtı ilə dövlət qurumlarında ölkə başçısı tərəfindən etimad göstərilərərk məsul vəzifə tutan bir sıra məmurlar görəvdən alındıqdan sonra ya açıq şəkildə əks tərəfə keçərək uzun illər fəaliyyət göstərdiyi sahəni və ya təmsil etdiyi iqtidarı ittiham edib, ya da bu narazılığı içində gizlədərk müxalif qüvvələrə altdan dəstək verib. Onu da müşahidə etmək çətin deyil ki, hazırda görəvdə və məsul vəzifələrdə olub, “xərçəng hüceyrəsi” funksiyasını həyata keçirən məmurlar da az deyil. Yetər ki, bir balaca “ayağını” tapdala və ya verdiyini əlindən al.

Ölkə başçısı cənab İlham Əliyevin də xüsusən son dövr həyəta keçirdiyi kadr islahatları görəvə, vətəninə, millətinə və dövlətinə sadiq kadrların işə alınmasına hesablanıb. Müasir, müstəqil və güclü Azərbaycanı hələ də kiril əlifbası ilə yazan, tutduğu məsul dövlət postunda azərbaycanca danışa bilməyib tərcüməçilərdən istifadə edən, milli mənsubiyyətinə, dininə və dilinə hörmət etməyən köhnə təfəkkürlü məmurlardan təmizləməyin vaxtıdır. Bu səbədən də yerli və mərkəzi İcra Hakimiyyəti orqanlarına, Parlamentə və digər məsul strukturlara təyin olunan və ya seçilən kadrların “xərçəng hüceyrəsi” “rentgen”indən keçirilməsi mütləqdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*