DİQQƏT: Ətin qiyməti yenidən kəskin bahalaşacaq, çünki…backend

DİQQƏT: Ətin qiyməti yenidən kəskin bahalaşacaq, çünki...

Bakının bazarlarında mal ətinin, xüsusilə erkək dana ətinin qiyməti artıb. Əvvəllər 19-20 manata satılan sümüksüz ət hazırda 21 manata qədər bahalaşıb. Sümüklü mal ətinin qiyməti isə 19 manat təşkil edir. Bu artım müvəqqətidir, yoxsa davamlı xarakter daşıyacaq? Ümumiyyətlə, ətin qiymətinin daha da bahalaşması gözləniləndirmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, ətin qiymətində müşahidə olunan artım uzunmüddətli prosesin davamıdır:

Natiq Cəfərli bu dairədə imzatoplama kampaniyasına başlayıb | Modern.az

“Ətin qiymətinin artması son 15 ilin hadisəsidir. Artıq 15 ildir ki, qiymətlər durmadan yüksəlir. Hazırda qiymət artımının əsas səbəbi ölkədə iribuynuzlu və xırdabuynuzlu mal-qaranın sayının azalması ilə bağlıdır. Son 5 ildə bu istiqamətdə kəskin azalma müşahidə olunur.”

Ekspert əlavə edib ki, son zamanlar heyvanlar arasında yayılan xəstəlik də vəziyyəti ağırlaşdırıb:

“Bu xəstəlik həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanlara ciddi zərər vurur. Əgər bu proses davam edərsə, növbəti illərdə ətin qiymətində daha kəskin bahalaşma baş verəcək.”

Beləliklə, ekspertin sözlərinə görə, yaxın gələcəkdə ətin qiymətlərinin enməsi real görünmür. Əksinə, istehsal azaldıqca və xəstəliklər yayılmağa davam etdikcə bazarda qiymətlərin yüksəlməsi ehtimalı daha yüksəkdir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*