DİQQƏT: Zəngəzur dəhlizi bu tarixdə açıla bilərbackend

DİQQƏT: Zəngəzur dəhlizi bu tarixdə açıla bilər

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın Azərbaycan və Türkiyə ilə ikitərəfli tranziti təmin etməyə hazır olduğunu bəyan edib. Onun bu çıxışı ekspertlər arasında “Zəngəzur dəhlizi” konsepsiyasına alternativ layihə kimi təqdim olunub-olunmaması ilə bağlı suallar doğurub.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Paşinyanın “sülh kəsişməsi” adlandırdığı təşəbbüs mahiyyət etibarilə Zəngəzur dəhlizindən fərqli layihə deyil.

Oqtay Qasımov: "Türkiyə İrana hücumun əleyhinədir" - Oxu.az

“Sadəcə olaraq müəyyən manipulyasiyalar və termin oyunlarını müşahidə edirik. Faktiki olaraq, artıq Vaşinqtonda Donald Trampın iştirakı ilə razılaşma əldə olunub. ABŞ və Ermənistan nümayəndələri bu istiqamətdə danışıqlar aparıblar, maliyyə məsələləri müzakirə olunub. ABŞ bu prosesə 145 milyon dollar ayırdığını bəyan edib”, – deyə Qasımov bildirib.

Siyasi şərhçinin sözlərinə görə, Paşinyan hazırda seçki mərhələsinə qədəm qoyduğu üçün bu razılaşmaları Ermənistan cəmiyyətinin eşitmək istədiyi formada təqdim etməyə çalışır:

“Paşinyan çalışır ki, Zəngəzur dəhlizinin açılmasını sanki yeni və ayrıca bir layihə kimi göstərsin. Bununla o, daxili auditoriyada siyasi dividend qazanmağa cəhd edir. Amma əslində bu, Zəngəzur dəhlizinin reallaşması məsələsidir. Onun hansı formada adlandırılmasından və təqdim edilməsindən asılı olmayaraq, bu, həmin dəhlizin açılması prosesidir.”

Oqtay Qasımovun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərinə ciddi təsir göstərəcək:

“Paşinyan da bunu çox yaxşı anlayır. Çünki dəhlizin açılması regionda nəqliyyat əlaqələrinin bərpası və iqtisadi inteqrasiyanın dərinləşməsi baxımından mühüm mərhələ olacaq.”

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*