“Doğuş səviyyəsinin aşağı olması gənclərin gələcəyə inamı ilə bağlı deyil” – Kreml rəsmisibackend

“Doğuş səviyyəsinin aşağı olması gənclərin gələcəyə inamı ilə bağlı deyil" - Kreml rəsmisi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov cümə günü keçirdiyi brifinqdə bildirib ki, Rusiyada doğum səviyyəsi ilə bağlı vəziyyət çətin olaraq qalır, lakin bu istiqamətdə görülən tədbirlər müəyyən müddətdən sonra öz effektini verəcək.

KONKRET.az xəbər verir ki, Peskovun fikrincə, bunun gənclərin ölkənin gələcəyinə inamsızlığından xəbər verdiyini söyləmək olmaz. “Rəqəmlər Fransada, Almaniyada, İspaniyada və Yaponiyada tam olaraq eynidir. Demoqrafik boşluq Böyük Vətən Müharibəsi və SSRİ-nin dağılması ilə bağlı əvvəlki tarixi sarsıntıların nəticəsidir.

Kreml nümayəndəsi vurğulayıb ki, doğum nisbətini stimullaşdırmaq üçün bütün tədbirlər həyata keçirilir. Vəziyyət müəyyən müddət çətin olaraq qalacaq, lakin hökumət həqiqətən də bu istiqamətdə çox iş görür və bu mövzu Rusiya prezidentinin əsas prioritetlərindən biridir.

“Fakt budur ki, demoqrafiya elə bir sahədir ki, həyata keçirilən tədbirlər dərhal effekt vermir”, – deyə o, əlavə edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*