Dollar, avro və rubl bahalaşdı – Ölkədə ixracın həcmi artmasa, milli valyuta daha da dəyərsizləşəcək.backend

Dollar, avro və rubl bahalaşdı - Ölkədə ixracın həcmi artmasa, milli valyuta daha da dəyərsizləşəcək

Konkret.az Özbəkistanın yerli mediasına istinadla xəbər verir ki, ölkənin milli valyutası olan somun xarici valyutalara nisbətdə dəyəri aşağı düşüb. Belə ki, hazırda 1 ABŞ dollarının dəyəri 9395,63 somdur (+11.06 som). Bir avro isə 10360.56 soma (+63.81 som) satılır. Rusiya rublu 2,35 sum bahalaşaraq 142,96 som təşkil edilb.

Qeyd edək ki, avqustun əvvəlində milli valyuta sürətlə dəyərsizləşməyə başlayıb. Artıq bir neçə gündür ki, milli valyuta dollara nisbətdə 10 faizdən çox ucuzlaşıb. İqtisadçılar hesab edir ki, ölkədə ixracın həcmi artırmasa, milli valyuta daha da dəyərsizləşəcək.

Rəhim ƏLİYEV

Bir cavab yazın