Dolların güclənməsi manata necə təsir edəcək? – Milli valyuta ilə bağlı mühüm məqamlarbackend

Dolların güclənməsi manata necə təsir edəcək? - Milli valyuta ilə bağlı mühüm məqamlar

2026-cı ilin ilk yarısında ABŞ dollarının qlobal bazarlarda təxminən 3 faiz möhkəmlənməsi valyuta bazarlarında yeni müzakirələrə səbəb olub. Bu tendensiyanın ilin sonuna qədər Azərbaycan manatının məzənnəsinə təsir edib-etməyəcəyi maraq doğurur.

Bəs dolların bahalaşması manat üçün risk yaradır, yoxsa mövcud sabitlik qorunacaq?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, hazırkı şəraitdə manatın məzənnəsi üçün ciddi risk görünmür.

Əkrəm Həsənov: “Bahalaşma olacaq” Pravda.az

“Bu, heç bir risk yaratmır. Əslində dollar son illərdə zəifləmişdi. İndi isə sadəcə əvvəlki mövqelərini bərpa edir. Azərbaycan manatı faktiki olaraq ABŞ dollarına bağlanıb. Dollar ucuzlaşanda manat da digər valyutalara, o cümlədən avroya nisbətən ucuzlaşırdı. Hazırda dollar əvvəlki mövqelərini geri qaytarır.”

Ekspert qeyd edib ki, Azərbaycanın maliyyə dayanıqlığını gücləndirən əsas amillərdən biri də ölkənin artan valyuta ehtiyatlarıdır.

“Hazırda Azərbaycanın valyuta ehtiyatları artıb. Bu da manatın sabitliyini təmin edən əsas amillərdəndir. Ona görə də dolların qlobal bazarlarda möhkəmlənməsi manat üçün təhlükə yaratmır və hazırkı sabitliyin qorunacağı gözlənilir”, – deyə Əkrəm Həsənov vurğulayıb.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*