
Tacikistan Prezidenti Emoməli Rəhmon parlamentdəki çıxışında ölkənin Milli Bankının rəhbərliyinə müraciət edərək, dövlət daxilində ayrı bir dövlət yaratmamağa çağırıb. KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Rahmon belə açıqlama ilə respublikanın bank sistemindəki ciddi problemlərə eyham vurub:
“Məqsəd yalnız bank maraqlarının qorunması deyil, milli iqtisadiyyatın inkişafı olmalıdır. Bütün sahələrə, xüsusilə istehsal sektoruna maliyyələşməni artırmaq lazımdır. Bank kreditləri üzrə faiz dərəcələrini azaltmaq lazımdır”.
Dövlət başçısı Tacikistan mallarının ixracındakı nöqsanları qeyd edib. Prezidentin sözlərinə görə, xarici tərəfdaşlara ölkədə istehsal olunan məhsullar barədə məlumat vermək üçün kifayət qədər iş görülmür.
“Kimya sənayesi demək olar ki, yoxdur. Buna görə istehsal müəssisələrində internet saytları yaratmaqla məlumatlandırma (reklam) işini genişləndirmək lazımdır. İstehsal olunan malların üzərində istehsalçının adını və ölkəsini göstərmək də vacibdir”.
Prezident, həmçinin müvafiq ixtisaslaşdırılmış dövlət təşkilatlarına 2021-2025-ci illər üçün İxracın İnkişaf Proqramı hazırlayıb təklif etməyi tapşırıb.