Bu ilin yanvar-avqust aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 612 kiberhücum indikatoru (IOC) müəyyən edib.
KONKRET.az xəbər verir ki, bu, kibertəhdidlərin 211-i daxili araşdırma, 401-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
Təkcə avqustda 39 kiberhücum müəyyən olunub. 2024-cü ildə dövlət qurumlarına 1 070 kiberhücum qeydə alınıb.