“Drujba” neft kəməri ilə təkcə Rusiya deyil, Ukrayna nefti də nəql olunubbackend

“Drujba” neft kəməri ilə təkcə Rusiya deyil, Ukrayna nefti də nəql olunub

“Drujba” neft kəməri vasitəsilə təkcə Rusiya deyil, həm də Ukraynaya məxsus neftin nəql edildiyi məlum olub. Bu barədə Reuters agentliyi məlumat yayıb.

KONKRET.az xəbər verir ki, genişmiqyaslı işğal zamanı Rusiya faktiki olaraq Ukraynanın neft emalı güclərini sıradan çıxarıb. Nəticədə Kiyev yanacaq idxalını artırmaq məcburiyyətində qalıb.

Lakin bununla yanaşı, ölkə qarşısında digər bir problem yaranıb – daxili hasil olunan neftin taleyi. Emal imkanları məhv edildiyindən Ukrayna xam nefti ixrac etməyə məcbur olub və bu məqsədlə “Drujba” kəməri yeganə əlçatan marşrut kimi istifadə edilib.

Reuters-in məlumatına görə, Rusiyanın yanvar ayında kəmərə endirdiyi zərbəyədək Ukrayna hər ay “Drujba” xəttinə təxminən 40 min ton neft vururdu.

Ukrayna neftinin bu kəmər vasitəsilə Macarıstan və Slovakiyaya ixrac edilməsi faktı əvvəllər ictimaiyyətə açıqlanmamışdı.

Tədarükün dayandırılması Ukraynanı mühüm ixrac gəlirindən və büdcə kəsirinin qarşısının alınması üçün zəruri olan maliyyə mənbəyindən məhrum edir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*