Duma Rusiyanın nüvə sınaqlarından istifadə etməsinə razılıq verdibackend

Duma Rusiyanın nüvə sınaqlarından istifadə etməsinə razılıq verdi

Dövlət Duması Rusiyanın nüvə sınaqlarının qadağan olunması ilə bağlı müqavilədən çıxmasına razılıq verib.

KONKRET.az xəbər verir ki, məlumatı TASS yayıb.

Qeyd edək ki, müvafiq sənəd dumanın spikeri Vyaçeslav Volodinin göstərişi ilə Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin iclasında hazırlanıb və oktyabrın 13-də Dövlət Dumasına təqdim edilib. Layihədə “Nüvə Sınaqlarının Hərtərəfli Qadağası haqqında Müqavilənin ratifikasiyası haqqında” qanunun birinci maddəsinin ləğv edilməsi təklif edilir.

Rusiya 2000-ci ildə Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsini ratifikasiya edib. Bəzi ölkələr, o cümlədən ABŞ və Çin hələ də sənədi ratifikasiya etməyib. Eyni zamanda, nüvə silahına malik olan dövlətlər belə sınaqlar keçirməmək üçün könüllü öhdəliklər götürüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*