Dünən yanğında həlak olan qadın məşhur yazıçının keçmiş xanımı imiş – FOTOLARbackend

Dünən yanğında həlak olan qadın məşhur yazıçının keçmiş xanımı imiş - FOTOLAR

Noyabrın 21-də Yasamalı ərazisində baş verən yanğında dünyasının dəyişən Könül Vəlibəyli Hümbətova yazıçı Qan Turalının həyat yoldaşı olub.

KONKRET.az yenisabah-a istinadla xəbər verir ki, Könül Hümbətova yazıçının ikinci evliliyindən olan xanımı idi.

Könül Hümbətovanın qızı Ləman da kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Qeyd edək ki, Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 3 nəfər həyatını itirib. Yanğın zamanı ölən 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı Bakı Milli Geyim Evinin rəhbəri imiş.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*