İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin fevral müqaviləsinin dəyəri 0,20% azalaraq 1 barelə görə 64,12 dollar təşkil edib.
KONKRET.az-ın məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında 2020-ci ilin yanvarında ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 0,20% azalaraq 58,90 dollar təşkil edib.
Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, yanvarda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,78% azalaraq 2,41 ABŞ dolları təşkil edib.