İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin fevral müqaviləsinin dəyəri 0,34% artaraq 1 barelə görə 68,15 dollar təşkil edib.
KONKRET.az-ın məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında fevralda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 0,03% artaraq 61,7 dollar təşkil edib.
Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, yanvarda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,75% azalaraq 2,245 ABŞ dolları təşkil edib.