Animator, rejissor və rəssam Ralf Eqqlston vəfat edib.
KONKRET.az xəbər verir ki, o, 56 yaşında Luiziana ştatının Leyk Çarlz şəhərində mədəaltı vəzi xərçəngindən dünyasını dəyişib.
Eqqlston “Oyuncaqların hekayəsi” (“Toy Story”), “The Lion King” (“Aslan Kral”), “Ələddin” (“Aladdin”), “Pokaxontas” (“Pocahontas”), “Maşınlar” (“Cars”), “Super ailə” (“The Incredibles”) cizgi filmlərində quruluşçu rəssam kimi çalışıb.
O, həmçinin “Qəlb” (“Soul”), “Yuxarı” (“Up”), Monstrlar korporasiyası” (“Monsters Inc.”), “Ratatuy” (“Ratatouille”) və “Nemonun axtarışında” (“Finding Nemo”) kimi layihələrdə də yer alıb.//Oxu.az
