Dünyaca məşhur rok ifaçısı vəfat edibbackend

Dünyaca məşhur rok ifaçısı vəfat edib

Dünyaca məşhur britaniyalı rok ifaçısı Ozzi Osborn 76 yaşında vəfat edib.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, bu barədə onun ailəsindən bildirilib.

“Sevdiyimiz Ozzi Osbornun bu səhər vəfat etməsi xəbərini sözlə ifadə edilməyəcək qədər kədərlə paylaşırıq. O, ailəsinin yanında idi və sevgi ilə əhatə olunmuşdu”, – sənətçinin ailə üzvləri bildirib.

Osborn iyunun əvvəlində qurucusu olduğu “Black Sabbath” qrupunun heyəti ilə Birmingemdə vida konserti verib.

2023-cü ilin fevral ayında musiqiçi səhhətindəki problemə görə qastrol fəaliyyətini başa vurduğunu elan edib. 2019-cu ildə ona Parkinson xəstəliyi diaqnozu qoyulub. O, xəstəliyi həkim səhvi ilə izah edib. Belə ki, boyun nahiyyəsində keçirdiyi əməliyyat zamanı sinir ucları zədələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*