Əbədi donmuş torpaqların əriməsi Arktika bölgəsinə zəhərli civənin buraxılmasına gətirib çıxarır.
KONKRET.az xəbər verir ki,bu barədə ABŞ mütəxəssisləri xəbərdarlıq ediblər.
Onlar araşdırma çərçivəsində Alyaskada yerləşən Yukon çayında tədqiqat aparıblar. Bildirilir ki, Yukon çayı Alyaskadan qərbə doğru Berinq dənizinə axarkən, yol boyu eroziyaya uğrayan permafrost civə və çöküntüləri suya qarışır.
Elm adamları civənin min illərdir ki, əbədi donmuş torpaqlarda qaldığını bildiriblər. Zəhərli metalların qarışığı Arktikada yaşayan ən azı 5 milyon insanın sağlamlığına təhlükə yaradır.
“Arktikada partlamağı gözləyən nəhəng civə bombası ola bilər”, – deyə professor Josh Vest xəbərdarlıq edib./Publika.az