Gürcüstan üçün prioritetlər açıqlanıbbackend

Gürcüstan üçün prioritetlər açıqlanıb

“Gürcüstanın NATO-ya və Avropa İttifaqına (Aİ) üzvlüyü ölkə üçün əsas prioritet olaraq qalır”.

KONKRET.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri postuna namizəd Maka Boçorişvili parlamentdə yeni hökumətin təsdiqi ilə bağlı çıxışı zamanı deyib.

Boçorişvili vurğulayıb ki, NATO və Aİ ilə münasibətlər mühüm prioritet olaraq qalacaq.

Oktyabrın 26-da Gürcüstan parlamentinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə görə, hakim “Gürcü arzusu” partiyası parlamentdəki 150 yerdən 89-unu qazanıb.

Məlik,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*