Azərbaycanda uşaqlar arasında xəstəlik yayıldıbackend

Azərbaycanda uşaqlar arasında xəstəlik yayıldı

Payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkədə əsasən uşaqlar arasında suçiçəyi xəstəliyinə yoluxma hallarına rast gəlinir.

KONKRET.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, 2024-cü ilin ötən dövrü ərzində qeydə alınan su çiçəyi hadisələrinin səviyyəsində keçən ilin müvafiq dövrü ilə müqayisədə azalma müşahidə olunur.

“Qeyd etmək lazımdır ki, su çiçəyi xəstəliyinə qarşı ölkədə peyvəndləmə aparılmır . Qeydə alınan xəstəlik ocaqlarında profilaktik və əks-epidemik tədbirlərin aparılması təmin edilir. Epidemioloji vəziyyət nəzarət altındadır və səhiyyə orqanları tərəfindən diqqətlə izlənilir”,- deyə qurumdan əlavə edilib.

  • Həqiqət
    Noyabr 26, 2024 - 17:40

    Məktəblərdə də yayılıb.Sumqayıtda məktəblərdə tibb bacəları yoxdur.Biabırcəlıqdır.Nəzarət yox.qotur bit baş alıb gedir.Səhiiyə və Təhsiı hara baxır?Ucqar kənddə yaşayırıq görən.?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*