Əfqanıstan-Pakistan sərhədində TOQQUŞMA – Qırıcılar havaya qaldırıldıbackend

Əfqanıstan-Pakistan sərhədində TOQQUŞMA - Qırıcılar havaya qaldırıldı

Pakistan Əfqanıstanla sərhədində Taliban yaraqlılarının hücumunu dəf etmək üçün təyyarə və pilotsuz uçuş aparatlarını havaya qaldırıb.

KONKRET.az publikaaz-a istinadən xəbər verir ki, bu barədə “Dawn” qəzeti təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, silahlı toqquşmalar Anqor-Adda, Badjaur, Kurram, Dir, Çitral (Xeyber Paxtunxva əyaləti) və Baram-Çah (Bəlucistan əyaləti) şəhərlərində baş verib.

Təhlükəsizlik mənbələri Əfqanıstan qüvvələrinin böyük itki verdiyini bildiriblər.

Bundan başqa, artilleriya, tanklar, yüngül və ağır silahlar, təyyarələr və pilotsuz uçuş aparatlarından istifadə etməklə Əfqanıstandakı yaraqlıların bazalarına zərbələr endirilir.

“İŞİD terrorçularının Əfqanıstanda Pakistan-Əfqanıstan sərhədi yaxınlığında yerləşən düşərgələrinə və sığınacaqlarına zərbələr endirilir və Taliban bir neçə bölgədən geri çəkilib”, – Pakistan Dövlət Radiosu xəbər verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*