Əfqanıstanda qadınlarla bağlı daha bir qadağabackend

Əfqanıstanda qadınlarla bağlı daha bir qadağa

Əfqanıstanda qadınların tibb təhsili alması qadağan edilib.

KONKRET.az xəbər verir ki, bununla bağlı ölkənin ali lideri sərəncam imzalayıb.

Bildirilir ki, daha əvvəl qızlar üçün məktəb və universitetlərin bağlanmasına baxmayaraq, onlar bir sıra tibb müəsissələrində təhsillərini davam etdirirdilər.

Xatırladaq ki, 2021-ci ildən hakimiyyəti ələ keçirən “Taliban” ölkədə bir çox qadağalar tətbiq edib. Xüsusən Əfqanıstanda qadınların örtüksüz küçələrə çıxması, onların çalışması, təhsil alması qadağandır.

Məlik,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*