1965-ci ildə Suriyada yaxalanaraq edam edilən İsrail casusu Əli Kohenin qalıqları tezliklə İsrailə qaytarıla bilər.
KONKRET.az xəbər verir ki, bu barədə “Haaretz” məlumat yayıb.
“1965-ci il mayın 18-də Kohenin Dəməşqin mərkəzi meydanında açıq şəkildə edam edilməsindən bəri MOSSAD onun qalıqlarını tapıb İsrailə qaytarmağa səy göstərir”, – deyə bildirilib.
Qeyd edək ki, aprel ayında BƏƏ-nin etimadın yaradılması üçün İsrail və Suriya arasında danışıqlar məqsədilə qeyri-rəsmi kanal yaratdığı barədə məlumat yayılmışdı.