Suriya Ərəb Respublikasının Prezidenti Əhməd əş-Şarra bəyanatla çıxış edərək, xarici müdaxilələr fonunda ölkənin ərazi bütövlüyünü qorumaq əzmini vurğulayıb.
KONKRET.az xəbər verir ki, dövlət başçısı israilli dairələrin Suriyanı daxildən parçalamaq cəhdlərini pisləyib və bildirib ki, suriyalılar qədim tarixləri boyunca hər cür parçalanmaya qarşı çıxıblar:
“Biz bu torpağın övladlarıyıq və bizi ancaq biz özümüz qoruya bilərik. İsrail adlı qurumun bizi bölmək səyləri heç vaxt uğur qazanmayacaq.”
Əş-Şarra qeyd edib ki, druzlardır suriya xalqının ayrılmaz hissəsidir, və onların təhlükəsizliyi hökumətin prioritetidir. Onun sözlərinə görə, İsrail əvvəlki rejimin süqutundan bəri Suriyanı qarışıqlıqlar arenasına çevirməyə, ölkənin daxili birliyini zəiflətməyə çalışır.
“Suriya heç kimin plan qurduğu bir poliqon deyil. Biz yeni Suriya qurmaq üçün xarici qarışıqlıqlardan deyil, öz maraqlarımıza yönəlməliyik,” — deyə prezident əlavə edib.
O bildirib ki, Suveyda vilayətində təhlükəsizliyin təminatı yerli ictimaiyyətə və hörmətli şeyxlərə tapşırılıb ki, vəziyyətin gərginləşməsinin qarşısı alınsın.
Əhməd əş-Şarra bəyan edib ki, Suriya mümkün qədər münaqişələrə cəlb olunmaqdan yayınıb, çünki sabitliyin qorunması əsas məqsəddir:
“Güc sahibi olmaq hələ qələbə qazanmaq demək deyil. Müharibəyə başlamaq asandır, amma nəticələrinə nəzarət etmək çətindir.”
Prezidentin sözlərinə görə, Suriyada dövlət institutlarının hamısı Suveyda vilayətindəki daxili qarşıdurmanın qarşısını almaq üçün səfərbər edilib və artıq bölgədə sabitlik bərpa olunub.
“Keçmiş rejim süqut edəndən bu yana İsrail Suriyanı parçalamaq cəhdlərini dayandırmayıb,” — deyə o yekunlaşdırıb.
Müşviq Tofiqoğlu
KONKRET.az