Dağlıq Qarabağ sayəsində Ərdoğanı populyarlıq, hərbi-siyasi nüfuz və iqtisadi dividendlər qazandıbackend

Ərdoğan Dağlıq Qarabağda hərbi uğurlara görə populyarlıq, hərbi-siyasi nüfuz və iqtisadi dividendlər qazandı - ŞƏRH

Türkiyə özünü Dağlıq Qarabağdakı müharibədə qalib hesab edir. Bu baxımdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qələbəni Azərbaycan Prezidenti İlham Əliyevlə bölüşərək 10 dekabr tarixində Bakının əsas küçələrində keçirilən qələbə paradında iştirak edib. Zəfər yürüşündə türk xüsusi təyinatlı dəstəsinin də daxil olduğu 3 minə yaxın əsgər iştirak edib. Həmçinin, paradda 150-dən hərbi texnika və döyüş meydanında qənimət kimi ələ keçirilən texnika və digər hərbi sursatlar nümayiş etdirilib.

KONKRET.az xəbər verir ki, bu barədə İspaniyanın məşhur “El Mundo” nəşri yazır. Məqalədə daha sonra deyilir: “Bunların heç biri təəccüblü deyil. Cəmi bir ay yarım ərzində Bakı Dağlıq Qarabağı və ətraf əraziləri Ermənistan silahlı qüvvələrindən geri alıb. Hansı ki, bu torpaqlar 1990-cı illərdəki müharibə nəticəsində Ermənistanın nəzarətinə keçmişdi. 30 il davam edən münaqişə nəhayət ki, bir ay qabaq sona çatıb və bir milyon insan doğma evinə qayıtmaq şansı qazanıb.

Uzun müddət davam edən münaqişə “bir millət, iki dövlət” şüarını rəhbər tutan Azərbaycanla Türkiyənin birgə fəaliyyəti nəticəsində Bakının qələbəsi ilə sona çatıb. Sentyabr ayında baş verən qarşıdurmanın ilk mərhələlərində İsrailin kamikadze pilotsuz döyüş təyyarələri ilə yanaşı, Türkiyənin “Bayraktar TB2” pilotsuz döyüş təyyarələri də üzərinə düşəni etdi. Ermənilər 44 gündən sonra təslim oldular.

Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanıb. Müqaviləyə əsasən Dağlıq Qarabağ və ətraf 7 bölgə Azərbaycanın nəzarətinə qaytarılıb. Bu anlaşmada Rusiya moderatorluq edib və Qafqazdakı mövqelərini bir qədər də möhkəmlədib. Eyni zamanda, ilk dəfə həqiqi sülhməramlı kimi çıxış edib. Lakin sülh anlaşmasından Türkiyə də qazanclı çıxıb. Türkiyə bu müqavilədən sonra rəsmi olaraq Qafqaza girib. Türkiyənin silahlı qüvvələri Rusiyalı həbçilərlə Qarabağda atəşkəsə nəzarət edəcəklər. Doğrudur, Moskva maksimum dərəcədə çalışır ki, türkiyəli hərbçilər Qarabağ ərazisinə girməsin və atəşkəsi kənar ərazilərdən izləsin. Amma bütün bunlara baxmayaraq, türk hərbçiləri (ilkin olaraq 1000 əsgər) atıq Azərbaycandadır. Bu və digər səbəblərdən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gəlib və təntənəli paradda iştirak edib. Bununla kifayətlənməyib Ərdoğan paraddakı çıxışında Ermənistan və Fransa ilə bağlı bəzi çağırışlar edib.

Bu qələbə 17 il hakimiyyətdə olan İlham Əliyevin mövqelərini və nüfuzunu əsaslı şəkildə gücləndirib. Ərdoğan isə populyarlığını bir qədər artırıb, bölgədəki hərbi  və siyasi gücünə güc qatıb. Keçən ilin sentyabr ayına qədər Azərbaycana hərbi silah satışı Türkiyə xəzinəsinə 100 milyon avro qazandırırdı. Amma 44 günlük müharibə birdən-birə bu qazancı katastrofik dərəcədə artırdı. Çünki Qarabağ səmasında “Bayraktar”ların göstərdiyi yüksək göstərici digər ölkələrində alıcı kimi marağına səbəb olub. İndi türk pilotsuz təyyarələri üçün Serbiya, Ukrayna, Qətər və daha neçə ölkə növbəyə dayanıb. Bu isə 10 noyabr sülh müqaviləsinin Türkiyəyə gətirdiyi hərbi-siyasi və maddi dividentlərdir. Ona görə də 10 dekabr paradı Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri yeni səviyyəyə qaldırmağa kömək edən bir faktordur”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*