“Elgizlə İzlə” verilişinin ötən buraxılışlarından birində aparıcı Elgiz Əkbərlə müğənni Samirə Yusifqızı arasında gərgin anlar yaşanıb.
KONKRET.az bakupost-a istinadən xəbər verir ki, canlı efirdə gərginliyə müğənninin mahnı oxumasına şərait yaradılmamasından narazılıq etməsi səbəb olub.
Aparıcı Elgiz Əkbər isə ona cavabında deyib:
“Deyir, nə edərsə, adama özününkü edər. Sən mənə yaxşı edirsən, hələ bundan beş qat artıq etməlisən. Hələ bu nədir ki?! Bu, azdır, mənə də azdır. Mən ondan da pisinə layiqəm. Düz yoldasan. Allah canını sağ eləsin, get, oxu”.
Bundan sonra Samirə Yusifqızı efiri tərk edib.
Elgiz Əkbər sonradan məsələyə münasibət bildirərək müğənnini efirdən qovmadığını, onun öz istəyi ilə studiyanı tərk etdiyini deyib:
“Mən Samirə Yusifqızını verilişdən qovmamışam. O özü dedi ki, niyə oxumuram, gedirəm. Mən də dedim, get”.